Lənkəranda şəhid hərbçi anılıb

Lənkəranda şəhid hərbçi anılıb
# 06 aprel 2017 11:46 (UTC +04:00)

Bu gün Lənkəranda ötən ilin aprel döyüşləri zamanı igidlik göstərərək şəhid olan Rusif İbrahim oğlu Ağayevin il mərasimi təşkil olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər onun döyüş yolundan, göstərdiyi şücaətlərdən danışaraq şəhidin ailəsinə başsağlığı veriblər. Bildirilib ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar. Şəhidin ruhuna dualar oxunub, ehsan verilib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, 1987-ci il təvəllüdlü Rusif Ağayev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Şəhid anadan olduğu Hirkan kəndində dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR