“AXA Mbask” II rübü zərərlə başa vurub

 “AXA Mbask” II rübü zərərlə başa vurub
# 30 avqust 2017 11:26 (UTC +04:00)

2017-ci il iyulun 1-nə “AXA Mbask” ASC-nin aktivləri azalıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, şirkətin məcmu aktivləri ilin əvvəli ilə müqayisədə 5,82% azalaraq 36 mln. 61,815 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 9 mln. 233,149 min manat, qısamüddətli aktivləri 26 mln. 828,666 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 10% azalaraq 16 mln. 479,907 min manat olub. Cari ilin I yarısında şirkətin uzunmüddətli öhdəlikləri 15 mln. 328,577 min manat, qısamüddətli öhdəlikləri isə 1 mln. 151,330 min manat təşkil edib.

2017-ci il iyulun 1-nə şirkətin nizamnamə kapitalı dəyişməyərək 19 mln. 733,738 min manat təşkil edib.

Hesabat dövründə “AXA Mbask”ın cəmi gəlirləri 13 mln. 747 min 703,85 manat, cəmi xərcləri 14 mln. 192 min 900,09 manat olub.

Şirkət cari ilin ilk 6 ayını 445 min 196,24 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR