Goranboyda yük avtomobili aşıb, xəsarət alan var

Goranboyda yük avtomobili aşıb, xəsarət alan var
# 11 sentyabr 2017 18:04 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun veridiyi məlumata görə, hadisə yolun Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Qasımzadə Asif idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR