"Bakı Taksi Xidməti" "London taksiləri"nə texniki xidmət göstərəcək şirkət seçir

"Bakı Taksi Xidməti" "London taksiləri"nə texniki xidmət göstərəcək şirkət seçir
# 24 aprel 2017 07:21 (UTC +04:00)

"Bakı Taksi Xidməti" MMC "London Taksi TX4" markalı avtonəqliyyat vasitələrinə zəmanət müddətində texniki xidmətin göstərilməsi üçün işlərin (cari və əsaslı təmir) və müvafiq ehtiyat hissələrinin satınalınması məqsədilə açıq tender elan edir.

Tender komissiyasından "APA-Economics"ə verilən məlumata görə, tenderdə iştirak üçün müraciət edən şirkətlərə dair tələblər bunlardır:

- "London Taxi Company LTD" şirkəti tərəfindən avtorizə edilmiş müəssisə olmalı;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

- maliyyə durumu qənaətbəxş olmalı;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd olunmuş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;

- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

- vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

İddiaçı tenderdə iştirak haqqı kimi "Bakı Taksi Xidməti" MMC-nin bank hesabına 250 manat məbləğində vəsait köçürməlidir.


İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) ən geci 30 may 2017-ci il saat 17:00-dək təqdim etməlidirlər.

İddiaçılar tender təklifi və tender təklifinin təminatını isə (1 nüsxə əsli, 2 nüsxə surəti olmaqla) müvafiq qaydada möhürlənmiş ikiqat zərflərdə 9 iyun 2017-ci il saat 17:00-a qədər (Bakı, Nəsimi rayonu, 3007-ci məhəllədə yerləşən "Bakı Taksi Xidməti" MMC-yə (ümumi şöbəyə) təqdim etməlidirlər.

Göstərilən müddətdən sonra daxil olan təkliflər baxılmadan geri qaytarılacaq.

Tender təklifinin qüvvədə olma müddəti - təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin bank təminatı - təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi dəyərinin 1 faizini təşkil etməlidir.


Tender proseduru 12 iyun 2017-ci il saat 11:00-da "Bakı Taksi Xidməti" MMC-nin iclas zalında (ünvan: Bakı, Nəsimi rayonu, 3007-ci məhəllədə)

keçiriləcək.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR