Dağlıq Qarabağda erməni əsgər öldürülüb

Dağlıq Qarabağda  erməni əsgər öldürülüb
# 09 aprel 2018 19:37 (UTC +04:00)

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgəri öldürülüb.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, ölən şəxs 1998-ci il təvəllüdlü Narek Arutunyandır.

Hadisə aprelin 9-u, saat 14:20-də Qarabağ cəbhəsinin cənubunda baş verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR