"Azəriqaz" bu il "ASAN xidmət" vasitəsilə 104 mindən çox istehlakçıya xidmət göstərib

"Azəriqaz" bu il "ASAN xidmət" vasitəsilə 104 mindən çox istehlakçıya xidmət göstərib
# 10 oktyabr 2017 09:22 (UTC +04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

"Azəriqaz" İB-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "ASAN səyyar" xidmətinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 104 187 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR