Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 06 avqust 2017 11:08 (UTC +04:00)

Bu gün Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ASEAN forumu çərçivəsində S. Lavrov və M. Çavuşoğlu arasında keçirilən görüşdə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyi görüşdə iki ölkə arasında ticarət əlaqələri və viza məsələlərinin də müzakirə olunduğunu açıqlayıb.

***

saat 11.20

Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi Manilada Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN) tədbirində iştirak edən Rusiya nümayəndə heyətinə istinadən məlumat yayıb.

Görüşün bu gün keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR