Şirkətin Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qarşı şikayəti təmin olunmayıb

Şirkətin Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qarşı şikayəti təmin olunmayıb
# 25 oktyabr 2016 08:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində "Naftalan Sağlamlıq Mərkəzi" Müstəqil Müalicə Şirkətinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, mərkəz 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək mərkəzə icarəyə verilən torpaq sahəsindən polis idarəsinin çıxarılması və inşa etdiyi avtomobil dayanacağının sökülməsini istəyib. Məhkəmə iddianı təmin etmədiyindən mərkəz apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR