Azərbaycan Transxəzər kəmərinin tikintisi üzrə müzakirələrə dəvət alıb

Azərbaycan Transxəzər kəmərinin tikintisi üzrə müzakirələrə dəvət alıb
# 08 dekabr 2016 11:21 (UTC +04:00)

Avropa Komissiyası 2017-ci ildə Transxəzər qaz kəmərinin reallaşdırılmasına dair Avropa İttifaqı-Azərbaycan-Türkmənistan-Türkiyə formatında görüş hazırlayır. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Türkmənistandakı müvəqqəti işlər vəkili Lyubomir Frebort deyib.

Onun sözlərinə görə, görüşün Belçikanın paytaxtı Brüsseldə baş tutacağı planlaşdırılır: "Görüşdə əməkdaşlığın davam etdirilməsinin müzakirə olunması gözlənilir. Avropa İttifaqı əmindir ki, bu işçi qrupunun gördüyü işlər bəyan olunan məqsədlərin əldə olunmasına xidmət edəcək. Söhbət türkmən qazının Avropaya çatdırılmasından gedir".

Qeyd edək ki, Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa Komissiyası Transxəzər kəmərinin tikintisini müzakirə edir. Kəmər vasitəsilə il ərzində Türkmənistandan Avropaya 10-30 mlrd. kubmetr qaz nəql oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR