Kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarının kreditləşməsi artırılacaq

Kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarının kreditləşməsi artırılacaq
# 14 iyul 2017 10:40 (UTC +04:00)

"Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan yaradacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib. Prezident İlham Əliyev bu gün adıçəkilən sənədin təsdiq edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaq ki, bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaq.

Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən əsas nəticələr aşağıdakılardır:

- kooperativlərdə birləşən təsərrüfatların sayının artması;

- kənd təsərrüfatı kooperativlərinin sayının artması və aqrar-sənaye kompleksində onların rolunun yüksəlməsi;

- kənd təsərrüfatı kooperativləri üzrə istehsal və satış həcminin artması;

- kənd təsərrüfatı kooperativlərinin yaranması nəticəsində konsolidə olunmuş torpaq sahələrinin genişlənməsi;

- xırda təsərrüfatların birləşməsi və müvafiq infrastrukturun yaradılması nəticəsində torpaq sahələrindən səmərəli istifadə edilməsi;

- kənd təsərrüfatı kooperativlərinin əhatə etdiyi iri torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulması;

- kənd təsərrüfatı məhsullarının emalı və ixracının artırılması;

- kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarına ayrılan kreditlərin həcminin artması;

- kənd təsərrüfatı kooperativlərində əlavə iş yerlərinin yaradılması;

- kənd yerlərinin dayanıqlı inkişafı üçün əlverişli şərait yaradılması.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR