Şamaxıda baş verən ana ölümünün səbəbi açıqlanıb

Şamaxıda baş verən ana ölümünün səbəbi açıqlanıb
# 07 dekabr 2016 13:47 (UTC +04:00)

Noyabr ayında Şamaxı rayonunda doğum zamanı baş verən ana ölümünün səbəbi açıqlanıb. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızının ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası aparılıb.

Onun sözlərinə görə, ekspertizanın nəticəsində ana ölümünün xroniki hepatit, natamam septal sirrozdan baş verdiyi məlum olub: “Ananın qaraciyəri çox ağır vəziyyətdə olub. Qadın yalnız hamiləliyinin 28-ci həftəsində həkimə müraciət edib. Bu xəstəliklərlə onun hamilə qalması sual altında idi. Bu səbəbdən ananın qaraciyər hüceyrələri də əkilib. Nəticədə 20 yaşlı ananın niyə sirroz olması dəqiqləşdiriləcək, onun qaraciyər və mədəsində damar genişlənməsinin səbəbi məlum olacaq”.

S.Məmmədova qeyd edib ki, ötən ay Azərbaycanda yalnız bir ana ölümü baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR