Türkiyə vətəndaşının avtomobili Tovuzda qəzaya uğrayıb, xəsarət alan var

Türkiyə vətəndaşının avtomobili Tovuzda qəzaya uğrayıb, xəsarət alan var
# 18 fevral 2017 22:02 (UTC +04:00)

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 430—cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi “Dociya” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR