“Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək”.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər.
Prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq inşa olunmuş binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır, Azərbaycanın bu potensialı var.
Prezident: Ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni evlərə köçürüləcəklər
10 aprel 2017 12:19 (UTC +04:00)
Sosial
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
16:35
3 may 2024
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
16:31
3 may 2024
Baş prokuror Tərtərdə vətəndaşları qəbul edib
16:13
3 may 2024