Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
# 06 mart 2019 09:25 (UTC +04:00)

Martın 8-dən 17-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. ONA-nın Boks Federasiyasının saytına istinadən məlumatına görə, Rusiyanın Vladiqafqaz şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.
Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 boksçuya şans verəcək. Belə ki, kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. Qadınların yarışında isə Günel Rəhimova (48 kq) ilə Aliyə Vəlizadə (60 kq) qüvvələrini sınayacaq.
Qeyd edək ki, boksçularımız fevralın 23-dən yarışın keçiriləcəyi Vladiqafqaz şəhərində təlim-məşq toplanışındadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR