Türkiyənin Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Türkiyənin Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 12 fevral 2018 12:55 (UTC +04:00)


Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.

Erkan Özoral Türkiyə və Azərbaycan xalqının tarixən çətin anlarda bir - birinin yanında olmasını xüsusi vurğulayıb.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR