Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub

Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub
# 18 noyabr 2017 06:51 (UTC +04:00)

Özbəkistan müdafiə naziri general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR