AMB kotirovka sorğusu keçirir

AMB kotirovka sorğusu keçirir
# 21 noyabr 2017 05:50 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) kotirovka sorğusu elan edir.

"APA-Economics" xəbər verir ki, kotirovka sorğusu iki lot üzrə keçirilir:

1. AMB üçün yaddaş massivi və termolent avadanlığının alınması;

2. AMB üçün paletbağlayan aparat alınması və CDS-250 məhvedici sistemin bıçaqlarının itilənməsi.

İştirak haqqı 1-ci məsələ üçün 20 manatdır.

Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar (iştirak haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilməklə).

Sorğular üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 28 noyabr 2017-ci il saat 17:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 29 noyabr 2017-ci il saat 10:00-da

Mərkəzi Bankın inzibati binasında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR