Biləsuvarda piyadanı vuraraq öldürən traktor sürücüsü tutulub

Biləsuvarda piyadanı vuraraq öldürən traktor sürücüsü tutulub
# 02 noyabr 2017 09:02 (UTC +04:00)

Biləsuvarda piyadanı vuraraq öldürən traktor sürücüsü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 31-də Biləsuvar rayonu ərazisində Zaur Yunusovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Belarus” markalı traktorun sürücüsü - Cəbrayıl rayon sakini Rzaqulu Rzaquliyev Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR