"Binə" ticarət mərkəzindən oğurluq olub

"Binə" ticarət mərkəzindən oğurluq olub
# 22 fevral 2019 11:55 (UTC +04:00)

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR