Oğurluqda təqsirləndirilən şəxs məhkəmədə özündən gedib

Oğurluqda təqsirləndirilən şəxs məhkəmədə özündən gedib
# 11 oktyabr 2017 13:08 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Famil Şahsuvarovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.

APA-nın xəbərinə görə, F. Şahsuvarov məhkəmənin gözləmə zalında özündən gedib. Məhkəməyə təcili tibbi yardım çağırılıb, onu təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, F. Şahsuvarov oğurluqda təqsirləndirilir. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR