İtkin düşmüş şəxsin dəniz kənarında meyiti tapılıb - FOTO - YENİLƏNİB

İtkin düşmüş şəxsin dəniz kənarında meyiti tapılıb - FOTO - YENİLƏNİB
# 28 fevral 2019 14:06 (UTC +04:00)

Sumqayıtda meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib.

ONA-nın məlumatına görə, P. Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb.

Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Saat 13:26

***

Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR