Hökumət 2018-2019-cu illərdə “İşəgötürənlər birlikləri haqqında” qanunun qəbul edilməsi çalışacaq

Hökumət 2018-2019-cu illərdə “İşəgötürənlər birlikləri haqqında” qanunun qəbul edilməsi çalışacaq
# 10 fevral 2018 09:41 (UTC +04:00)

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” qanunun qəbul edilməsinə səy göstərmək öhdəliyini öz üzərlərinə götürüblər.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə”, “Peşəsinin ən yaxşı ustası” müsabiqələrinin təşkil edilməsini nəzərdən keçirmək, dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək, MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model qanunun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR