Bakının Nərimanov rayonunda partlayışın ilkin səbəbi məlum olub - YENİLƏNİB-2

Bakının Nərimanov rayonunda partlayışın ilkin səbəbi məlum olub  - <span style="color: red;">YENİLƏNİB-2
# 29 dekabr 2016 19:13 (UTC +04:00)

Bakının Nərimanov rayonu ərazisində partlayış baş verib. APA-nın məlumatına görə, hadisə “Metropark” ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.

Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Mahir Məmmədli

***** 20.44

Bakıda “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

**** 20.29

Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.

Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib.

Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Fərid Mirzəyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR