Ermənistanda hərbçi avtomobili su anbarına aşırıb, ölən var

Ermənistanda hərbçi avtomobili su anbarına aşırıb, ölən var
# 24 fevral 2019 17:03 (UTC +04:00)

Ermənistanın Tavuş kəndində hərbçinin olduğu avtomobil su anbarına aşıb.

ONA News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sükanı arxasında olan gecə növbəsinin əsgəri həyatını itirib. Onun meyiti maşından çıxarılıb.

Xilasedicilər avtomobili su anbarından çıxarmaq üçün hadisə yerinə xüsusi texnika gətirib.

Məlumata görə, polis və hərbi hissə ölən hərbçinin kimliyini müəyyənləşdirməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR