ABŞ Dövlət Departamenti: Rusiya hökuməti müstəqil səsləri kəsməyə davam edir

ABŞ Dövlət Departamenti: Rusiya hökuməti müstəqil səsləri kəsməyə davam edir
# 09 fevral 2017 07:53 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Rusiyada müxalifətçi Aleksey Navalnı haqqında məhkəmə qərarından narahatlığını bildirib.

APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin adının çəkilməsini istəməyən təmsilçisi A. Navalnı barəsində məhkəmə hökmünü Rusiya hökumətinin müstəqil səsləri kəsməyə davam etməsinə dair növbəti nümunə adlandırıb. “Rusiya xalqı dünyadakı bütün insanlar kimi, qanun qarşısında bərabərliyi, öz hüquqlarından cəza qorxusu olmadan istifadə etməyi, şəffaf və məsuliyyətli idarəçiliyi, açıq ideya mübadiləsini təmin edən hökumətə layiqdir. Biz Rusiya hakimiyyətini ölkənin demokratik idarəçiliyində iştirak etmək istəyən bütün siyasi partiyalara ədalətli imkanlar yaratmağa çağırırıq”, - deyə amerikalı rəsmi nümayəndə bildirib.

Xatırladaq ki, Rusiya məhkəməsi “Kirovles” işi üzrə A. Navalnıya 5 il şərti həbs cəzası verib. Bu qərar nəticəsində tanınmış müxalifətçinin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı sual altına düşüb.

Qeyd edək ki, hakimiyyət dəyişikliyindən sonra hələlik ABŞ Dövlət Departamentinə rəsmi sözçü təyin olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR