Azərbaycan ötən il xam neft və qazın istehsalını azaldıb

Azərbaycan ötən il xam neft və qazın istehsalını azaldıb
# 24 yanvar 2017 07:38 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,1 mlrd. manat olmaqla 2015-ci ilə nisbətən 0,7% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 41 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 18,7 mlrd. kubmetr təşkil edib.

Ötən il ərzində ölkədə 41 mln. 29,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin göstəricilərinə nisbətən 1,5% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 410,2 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 40 mln. 977,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,4% azdır.

Ötən il ərzində ölkədə 29 mlrd. 331,3 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 0,6% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 1 mln. 167 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 18 mlrd. 714,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR