Braziliyada gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb

Braziliyada gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb
# 28 yanvar 2018 17:45 (UTC +04:00)

Braziliyanın Fortoleza şəhərində gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə yaralanıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlərin əksəriyyəti qadındır. Şahidlərin sözlərinə görə, kluba hücum etmiş 15-dək silahlı şəxs üç avtomobildə hərəkət edib.

Polis hücumun «Guardianes del Estado» cinayətkar qrupun üzvləri tərəfindən törədildiyini ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR