Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 08 noyabr 2016 07:13 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Lənkəran rayonunda işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir tərəvəzçilik, çayçılıq və bağçılıq və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR