Fransa XİN: Mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq

Fransa XİN: Mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq
# 23 noyabr 2017 07:57 (UTC +04:00)

"Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq".

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.

"Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil", -deyə nazirliyin məlumatında vurğulanır.

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfəri çərçivəsində Alforvil bələdiyəsi ilə separatçı qurum arasında dostluq "xartiyası" imzalanıb.

Bununla əlaqədar Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR