Bakıda mənzildən 13 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 13 min manatlıq qızıl oğurlanıb
# 06 fevral 2018 08:17 (UTC +04:00)

Bakı şəhərində mənzildən xeyli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Sultanov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR