Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçilərinin Tərtərə səfəri başlayıb - YENİLƏNİB

Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçilərinin Tərtərə səfəri başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 11 dekabr 2017 09:45 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri başlayıb.

APA-nın xəbərinə görə, nümayəndə heyəti hazırda Tərtərdədir və proqramda nəzərdə tutulan tədbirlərdə, açılışlarda iştirak edir.

Saat: 07:40

***

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR