Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb

Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb
# 30 aprel 2018 12:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR