ABŞ-da atışma olub, 5 nəfər ölüb

ABŞ-da atışma olub, 5 nəfər ölüb
# 28 yanvar 2018 16:38 (UTC +04:00)

Bu gün ABŞ-ın Pensilvaniya ştatında avtomobil yuma məntəqəsində atışma olub, 5 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə "Fox News" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 03.00-da Melkroft şəhərində baş verib. Atışma zamanı 1 nəfər də yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR