Türkiyədə mədənin çökməsi nəticəsində torpaq altında qalan işçilərdən biri ölüb - YENİLƏNİB

Türkiyədə mədənin çökməsi nəticəsində torpaq altında qalan işçilərdən biri ölüb - YENİLƏNİB
# 04 iyun 2024 15:55 (UTC +04:00)

Türkiyənin Zonguldak bölgəsində mədənin çökməsi nəticəsində torpaq altında qalan iki işçi xilas edilib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədən işçiləri Tevfik Soy və Harun Kara torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Tevfik Soy həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

***

14.23

Türkiyənin Zonguldak bölgəsində mədəndə çökmə baş verib.

APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 2 nəfər yerin altında qalıb.

Bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR