BNA "Sahil" metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərib

BNA "Sahil" metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərib
# 18 avqust 2017 13:09 (UTC +04:00)

Metronun "Sahil" stansiyasında aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib.

BNA-dan ”APA-Economics”ə verilən xəbərə görə, daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.

“Həmçinin, sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılmalıdır. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR