Sankt-Peterburqda Avrasiya İttifaqının sammiti keçiriləcək

Sankt-Peterburqda Avrasiya İttifaqının sammiti keçiriləcək
# 19 dekabr 2016 12:33 (UTC +04:00)

Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi İttifaqının növbəti sammiti keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.


Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan prezidentləri ittifaqın son 2 il ərzində gördüyü işlər və iqtisadi birliyin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcəklər.

Sammitin əsas hadisəsi qurumun Gömrük Məcəlləsi haqqında müqavilənin imzalanması olacaq. Digər vacib çoxtərəfli sənədlərin, o cümlədən əmtəə və xidmətlərin vahid Avrasiya bazarının formalaşmasının inkişafına yönəlmiş sənədlərin qəbulu da gözlənilir.

Bundan əlavə, dövlət başçılarının qurumun 2017-ci ildə beynəlxalq fəaliyyətinə dair əsas istiqamətləri təsdiq edəcəyi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR