Sloveniyada daha bir nazir istefa verib

Sloveniyada daha bir nazir istefa verib
# 28 fevral 2019 08:34 (UTC +04:00)

Sloveniya hökumətində son beş ayda üçüncü nazir tutduğu vəzifədən gedib.

ONA-nın məlumatına görə, baş nazir Maryan Şarets ekologiya naziri Yure Lebenin istefa ərizəsini qəbul edib. Nazir sabiq hökumətin tərkibində çalışdığı vaxt böyük dəmiryolu layihəsi ilə bağlı reklam layihəsinin tenderini manipulyasiya etməkdə ittiham olunduğuna və bu səbəbdən son günlərdə ciddi təzyiqlə üzləşdiyinə görə istefa vermək məcburiyyətində qalıb. Leben bütün ittihamları rədd etsə də, rəhbərlik etdiyi nazirliyin nüfuzunu qorumaq üçün tutduğu vəzifədən getdiyini bəyan edib.

Daha öncə mədəniyyət naziri Deyan Presiçek və daxili əlaqələndirmə naziri Marko Bandelli də vəzifələrini tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR