Kommunist Partiyasının yerli komitələrində katib vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi qaydası müəyyənləşib

Kommunist Partiyasının yerli komitələrində katib vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi qaydası müəyyənləşib
# 07 aprel 2017 07:29 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsində çalışmış şəxslərin əmək pensiyalarını alması üçün qayda müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsində çalışmış şəxslərə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsində çalışmış şəxslərə təyin edilən əmək pensiyaları təyin ediləcək. Başqa sözlə, SSRİ dövründəki həmin vəzifə hazırkı rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi dövlət qulluğuna bərabər sayılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR