Xaçmaz-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmaz-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
# 24 yanvar 2018 14:12 (UTC +04:00)

Xaçmaz-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 2-ci km-də 27 BB 480 dövlət nömrə nişanlı avtomaşınla 27 BB 028 dövlət qeydiyyatlı “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Həmin şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR