Beyləqanda yol-nəqliyyat hadisəsində piyada ölüb

Beyləqanda yol-nəqliyyat hadisəsində piyada ölüb
# 12 mart 2019 22:42 (UTC +04:00)

Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Beyləqan şəhərinin mərkəzi küçəsində baş verib.

“Chevrolet” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Beyləqan rayon sakini, 1952-ci il təvəllüdlü Nağıyev Tofiq Şaşan oğlunu vurub.

Piyada kəllə-beyin travması ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyiblər.

Habil Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR