ABŞ səfiri: “Qadınların təhsilinə sərmayə qoyulması gender əsaslı zorakılığın həlli yollarındandır”

ABŞ səfiri: “Qadınların təhsilinə sərmayə qoyulması gender əsaslı zorakılığın həlli yollarındandır”
# 21 noyabr 2016 09:19 (UTC +04:00)

“Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri alqışlayır”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış mərasimində çıxışı zamanı deyib.


Səfir qeyd edib ki, qadınların təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarındandır: “Yalnız qadınların haqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda, cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. ABŞ Azərbaycanda dövlət qurumlarına, vətəndaş cəmiyyətlərinə qadınların səlahiyyətlərinin artırılması istiqamətində köməyini əsirgəməyəcək. Qadınların, qızların təhsil alması çox vacib amildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR