Səttar Mehbalıyev: “Bəzi deputatlar ildə 4-5 dəfə istirahət mərkəzlərinə göndəriş vərəqəsi istəyir”

Səttar Mehbalıyev: “Bəzi deputatlar ildə 4-5 dəfə istirahət mərkəzlərinə göndəriş vərəqəsi istəyir”
# 15 noyabr 2017 09:51 (UTC +04:00)

Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib.

APA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən S. Mehbalıyev bildirib ki, bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istəyir.

O qeyd edib ki, bunlar arasında digər dövlət qurumlarında olan bəzi məmurlar da var: “Mən onlara izah edə bilmirəm ki, hər adama ildə bir dəfə düşür. Bundan da səmərəli istifadə etmək lazımdır. Amma təəssüf ki, hər il dalbadal məndən bunu tələb edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR