ABŞ Hərbi-Dəniz Qüvvələrinin başda “Harry Truman” aviadaşıyıcısı olmaqla zərbə qrupu Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatına başlayıb.
APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, hava əməliyyatlarına mayın 3-də başlanılıb. Hərbi təyyarələr artıq Suriya üzərində bir neçə uçuş edib.
Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada İŞİD-ə qarşı “Sarsılmaz qətiyyət” əməliyyatı aparır.