Ali Hərbi Məktəbdə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı olub - FOTOSESSİYA - VİDEO

Ali Hərbi Məktəbdə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 08:07 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Müdafiə Nazirliyinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini təbrik edib.

Nizam Osmanov bildirib ki, iştirak etdiyimiz bu təntənəli buraxılış mərasimi əlamətdar bir hadisədir. O qeyd edib ki, Ali Hərbi Məktəbi 473, Dənizçilik Məktəbini 131, Təyyarəçilik Məktəbini isə 18 nəfər bitirib.

General-leytenant məlumat verib ki, müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində olduğundan bugünkü tədbirdə iştirak edə bilmir.

Yüksək təhsilin peşəkar zabit yetişdirilməsinin qarantı olduğunu bildirən N.Osmanov təəssüflə bildirib ki, bu ilki müdavimlərdən fərqlənmə diplomu alan olmayıb.

General-leytenant vurğulayıb ki, bu ildən təlim-tədris prosesi Qaraheybət Təlim Tədris Mərkəzində baş tutacaq, bu, təhsil alanların ümumi səviyyə və hazırlığının daha da yüksəldilməsinə xidmət edən addımdır.

Sonra Nizam Osmanov hərbi məktəblərin tədris və intizamda fərqlənən məzunlarına diplomlar təqdim edib.

Ali hərbi məktəblərdə fərqlənən məzunların qiymətli hədiyyələrlə təltif olunduqları elan edilib.

Onlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR