Azərbaycan hökumətinin Ümid və Babək yataqlarının kəşfiyyatı və işlənməsinə dair saziş üzrə öhdəlikləri təsdiq edilib

Azərbaycan hökumətinin Ümid və Babək yataqlarının kəşfiyyatı və işlənməsinə dair saziş üzrə öhdəlikləri təsdiq edilib
# 07 fevral 2017 14:08 (UTC +04:00)

Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişinə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə qərar verib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə SOCAR Umid Oil and Gas Limited Şirkəti arasında 2017-ci il 12 yanvar tarixində “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi imzalanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Risk Xidmət Sazişində qeyd olunan “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib. Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR