Tümen vilayətinin rəhbərliyi azərbaycanlı sahibkarlara 78 mln. manatlıq layihə təklif edir

Tümen vilayətinin rəhbərliyi azərbaycanlı sahibkarlara 78 mln. manatlıq layihə təklif edir
# 02 noyabr 2016 12:35 (UTC +04:00)

"Tümen vilayətinin rəhbərliyi azərbaycanlı sahibkarlar tərəfindən meyvə-tərəvəz mərkəzinin tikintisinə dəstək verməyə hazırdır". "APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib.

V. Yakuşev bildirib ki, layihənin dəyəri təxminən 3 mlrd. rubl (78,3 mln. manat - red.) təşkil edir. "Düzdür, söhbət iri məbləğdən gedir. Lakin söhbət həmçinin gəlirli layihədən gedir. Rusiyada, o cümlədən Tümendə Azərbaycan məhsullarına böyük tələbat var. Azərbaycandan ixrac olunan məhsullar bu mərkəz vasitəsilə digər regionlara da çıxarıla bilər. Biz hökumət olaraq sahibkarlara zəruri dəstək verməyə hazırıq. Bundan başqa, biz sahibkarlar üçün bütün zəruri infrastrukturla təchiz olunmuş torpaq sahəsini də təklif edə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR