Nikaraquada əhali kütləvi evakuasiya olunur

Nikaraquada əhali kütləvi evakuasiya olunur
# 24 noyabr 2016 03:44 (UTC +04:00)

Nikaraquada “Otto” qasırğasının yaxınlaşması ilə əlaqədar kütləvi evakuasiya başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nikaraqua hökumətinin rəsmi nümayəndəsi Rosario Murilyo bəyan edib.

Ümumilikdə 11 min nəfərə yaxın insanın təhlükəsiz ərazilərə köçürülməsi nəzərdə tutulub. Onlar müvəqqəti sığınacaqlarda yerləşdiriləcək. Ölkədə fəaliyyətdə olan bütün təhsil müəssisələrinin bağlandığı bildirilir.

Qeyd edək ki, Panamada “Otto” qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlər olub, 50 yaşayış evi dağılıb. Kosta-Rika da isə fövqəladə vəziyyət rejimi tətbiq edilib, sahilboyu ərazilərdən 4 min nəfər təxliyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR