Ağdamda piyadanı vuraraq öldürən sürücü tutulub - YENİLƏNİB

Ağdamda piyadanı vuraraq öldürən sürücü tutulub - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2016 09:55 (UTC +04:00)

Ağdamda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 99 FC 946 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük maşınını idarə edən sürücünün rayon sakini Əliyev Fəxri Telman oğlu olduğu müəyyən edilib.

Fəxri Əliyev bu gün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən gecə avtomobillə vurulan piyada, 1971-ci il təvəllüdlü Ağdam rayon sakini Həsənov Bəhram Qara oğlu hadisə yerində ölüb.

***

05:33

Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib.

“Mercedes” markalı yük avtomobili yolu keçən piyadanı, 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb.

B.Həsənov aldığı xəsarətdən dünyasını dəyişib.

Hazırda polis sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR