“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib

“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib
# 01 sentyabr 2017 09:36 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

DİM-dən APA-ya verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.


Jurnalı “Abituriyent” satış köşkündən, kitab mağazalarından almaq olar. Abituriyentlər jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilər (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR