Elman Rüstəmov kriptovalyutaya konservativ yanaşır

Elman Rüstəmov kriptovalyutaya konservativ yanaşır
# 21 noyabr 2017 13:38 (UTC +04:00)

"Azərbaycan Mərkəzi Bankı müasir dövrdə sürətlə populyarlaşan virtual kriptovalyuta və "blokchain" texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir".


"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, kriptovalyuta ilə bağlı AMB-nin mövqeyi konservativdir: "Fikrimcə, kriptovalyuta paralel valyuta, paralel maliyyə monetar sistemi deyil, hələlik yüksək riskli investisiya aktividir. "Blockchain" texnologiyalarına gəldikdə, biz hesab edirik ki, bu, olduqca qabaqcıl texnologiyadır. Yaxın beşillikdə maliyyə sektoru, real sektor, dövlət idarəetmə sistemi də daxil olmaqla, bütün sferalarda dəyişikliklərə gətirib çıxaracaq. Mərkəzi Bank "blockchain" texnologiyalarının populyarlaşmasına, onun həm maliyyə-bank sektorunda, həm də əlaqədar qurumlarla birlikdə əhaliyə dövlət xidmətləri sferasında tətbiqinə yardım edəcək. Bu sahədə biz artıq böyük təcrübəsi olan aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. Əvvəlcə "blockchain"in dayanıqlı hüquqi və texnoloji infrastrukturunu yaratmalıyıq, sonra isə onun texnoloji tətbiqinə keçməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR